Blinken və Vanq Yi gələn həftə Laosda görüşəcəklər

Dünya

20.07.2024 00:30

ABŞ dövlət katibi Antoni Blinken gələn həftə Laosda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşmək niyyətindədir.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.

Blinken çinli həmkarı ilə tez-tez təmasda olub-olmaması ilə bağlı suala belə cavab verib: "Onunla müntəzəm danışıram. Gələn həftə Laosda görüşəcəm".

“Bizim razılaşa bilmədiyimiz məsələlərlə bağlı ünsiyyəti davam etdirməyimiz vacibdir”, - ABŞ dövlət katibi deyib.

Qeyd edək ki, iyulun 26-27-də Laosda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici siyasət idarələri rəhbərlərinin növbəti iclası keçiriləcək.

tag: ABŞ, Blinken, Vanq Yi,ASEAN, todaypress.az,