Blinken: “Vaşinqton Kiyevə 100 milyard dollarlıq yardım edib”

Dünya

19.12.2024 14:45

ABŞ Ukraynaya yardım üçün təxminən 100 milyard dollar xərcləyib. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Biz Ukraynanı müdafiə etmək üçün 100 milyard dollara yaxın pul xərclədik və bu, mənim gördüyüm yüklərin bölüşdürülməsinin ən yaxşı nümunəsidir" deyə o əlavə edib.  

Blinkenin sözlərinə görə, ayrılan vəsaitin bir hissəsi ABŞ-nin müdafiə sənayesi bazasına xərclənib.

Günəş Mərd

tag: ABŞ, Milyard, Blinken, Dövlət ,todaypress.az,