Blinken Suriya barəsində açıqlama verdi
Dünya
15.12.2024 16:30
ABŞ Dövlət katibi Antoni Blinken yeni Suriya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.
Antoni Blinken bildirib ki, digər diplomatlarla birlikdə İordaniyada "Heyət Təhrir əş-Şam" təmsilçiləri ilə danışıqlar aparıblar. ABŞ Dövlət katibi danışıqların detalların açıqlamayıb.
Qeyd edək ki, ABŞ 2018-ci ildə "Heyət Təhrir əş-Şam"ı terror qruplaşması kimi tanıyıb.
tag: ABŞ,Dövlət katibi,Antoni Blinken,Suriya ,Heyət Təhrir əş-Şam,todaypress.az,