Blinken HƏMAS rəhbərinin öldürülməsindən danışdı
Dünya
31.07.2024 14:41
ABŞ dövlət katibi Antoni Blinken HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə münasibət bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Hələ də atəşkəsə təcili ehtiyac var. Birləşmiş Ştatlar bunun üzərində işləməyə davam edəcək" Blinken qeyd edib.
O, həmçinin vurğulayıb ki, Vaşinqton Haniyənin öldürülməsinin Qəzzadakı vəziyyətə təsiri barədə spekulyasiya etməyəcək.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-nə keçən gecə öldürülüb.
Günəş Mərd
tag: Blinken, HƏMAS, ABŞ, Haniyə, Qəzza, Vaşinqton, todaypress.az,