Blinken Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Dünya

20.11.2024 12:10

ABŞ-nin dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti bildirib.

“ABŞ dövlət katibi Antoni Blinken Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb” sözçü Metyu Millerin yazılı açıqlamasında qeyd olunub.

Tərəflər “Livandakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan yaradacaq diplomatik həll yolunun vacibliyi” haqqında fikir mübadiləsi aparıblar.

“Onlar həmçinin Qəzzadakı humanitar səyləri, müharibənin dayandırılması və bütün girovların azad edilməsinin vacibliyini müzakirə ediblər. Bundan əlavə, Cənubi Qafqazda ləyaqətli və dayanıqlı sülhün əhəmiyyətinə toxunublar” deyə açıqlamada diqqətə çatdırılıb.

tag: ABŞ,Blinken,BMT,Hakan Fidan,todaypress.az,