Blinken: “Çin Rusiyaya nüvə silahı ilə bağlı xəbərdarlıq edib”

Dünya

04.01.2025 13:20

“Çin Moskvaya nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib”.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken “Financial Times”a şərhində bildirib.

O, qeyd edib ki, ABŞ çox narahatdır, çünki Rusiya Ukraynaya qarşı nüvə variantını nəzərdən keçirib: 

"Ehtimal 5 faizdən 15 faizə yüksəlib. Söhbət nüvə silahından gedirsə, bundan ciddi bir şey yoxdur" Blinken deyib. 

Onun sözlərinə görə, ABŞ-nin Çinin Rusiya ilə əlaqə saxladığını və “nüvə silahından istifadə etmə” dediyini düşünməyə əsasları var.

Qeyd edək ki, Rusiya dəfələrlə Ukrayna və Qərb ölkələrini nüvə silahı ilə hədələyib. Qərb nəşrləri və bəzi siyasətçilər hesab edir ki, Rusiya 2022-ci ilin oktyabrında Ukraynaya qarşı nüvə silahından istifadə etməyə mümkün qədər yaxın olub.

Günəş Mərd

tag: Blinken ,Çin ,Rusiya, Nüvə, Silah, todaypress.az,