Blinken bir sıra ölkələrə səfər edəcək
Dünya
04.01.2025 09:15
ABŞ dövlət katibi Antoni Blinken yanvarın 4-dən 9-dək Cənubi Koreya, Yaponiya və Fransaya səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti qeyd edib ki, Blinken Koreya Respublikasına səfəri zamanı yüksək səviyyəli rəsmilərlə görüşəcək, onlarla ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edəcək. Səfər zamanı həmçinin Hind-Sakit okean regionunun təşviqi məsələləri qaldırılacaq.
Yaponiyada Blinken yüksək vəzifəli rəsmilərlə son illərdə Vaşinqton və Tokio arasında münasibətlərin gedişatını nəzərdən keçirəcək. Dövlət katibi həmçinin ikitərəfli, regional və qlobal problemlərin həlli üçün ölkələr arasında təmasların vacibliyini təsdiq etməyi planlaşdırır.
Dövlət katibi Fransada isə Avropa, Yaxın Şərq və onun hüdudlarından kənarda problemlərin həlli üçün yüksək səviyyəli fransız rəsmiləri ilə görüşəcək.
Günəş Mərd
tag: Blinken,Fransa,Yaponiya,Avropa,Todaypress.az,