Blinken: “ABŞ Livandakı insidentdə iştirak etməyib”

Dünya

18.09.2024 17:00

2263

Birləşmiş Ştatlar Livandakı peycer partlayışlarında iştirak etməyib. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Bədr Abdel Ati ilə birgə mətbuat konfransında deyib.

“ABŞ bunu əvvəlcədən bilmirdi və bu hadisədə iştirak etməyib. Biz hələ də baş verənlər haqqında məlumat və faktlar toplayırıq” deyə o bildirib.

Blinken eyni zamanda Yaxın Şərqdəki vəziyyəti şərh edərkən əlavə edib ki, bütün tərəflər münaqişəni gərginləşdirəcək addımlardan qaçmalıdır.

Xatırladaq ki, sentyabrın 17-də Livanın bir sıra bölgələrində, o cümlədən Beyrutun cənub ətraflarında çoxsaylı peycer partlayışları baş verib. Hadisə nəticəsində 4 min vətəndaş xəsarət alıb.

 Günəş Mərd

tag: Livan ,Birləşmiş Ştatlar, ABŞ ,Entoni Blinken ,Yaxın Şərq, todaypress.az,