Blinken: "ABŞ Gürcüstana yardım proqramını dayandırdı"

Dünya

31.07.2024 19:47

ABŞ "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb.

TodayPress “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

"Mayın 23-də Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Nəticədə ABŞ Gürcüstan hökumətinə birbaşa dəstəyə yönəldilmiş 95 milyon ABŞ dollarından çox yardımı dayandırır” deyə Blinken bildirib.

tag: ABŞ, Gürcüstan, Yardım proqramı, Blinken, todaypress.az,