Bitkoinin qiyməti rekord həddə çatdı

Dünya

16.12.2024 11:51

"Binance" birjasında bitkoin yeni rekord dəyərə çataraq 106 min dolları keçib.

TodayPress xəbər verir ki, Bakı vaxtı ilə saat 4:42-yə olan məlumata görə, Bitkoin 106,362 dollara qədər bahalaşıb.

Bitkoin cəmi bir neçə saat ərzində iki dəfə bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Daha əvvəl isə onun dəyəri 105 min dolları ötmüşdü.

Töhfə Səməd

tag: Bitcoin, Bakı, Yüksək ,Dollar, todaypress.az,