Bir zənglə müharibə dayana bilər – İddia

Dünya

03.07.2024 17:47

Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə bir zənglə Ukraynadakı silahlı münaqişəni dayandıra bilər.

TodayPress “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Finlandiya rəhbəri Aleksandr Stubb bildirib. 

“Rusiya hazırda Çindən asılıdır. Ona görə də Prezident Si Cinpinin bir telefon zəngi böhranı həll edə bilər” deyə Finlandiya prezidenti əlavə edib. 

O, həmçinin Avropa ölkələrini Ukraynaya həm maddi, həm də siyasi baxımdan dəstəyi gücləndirməyə çağırıb. O, Kiyevə göstərilən yardımın artırılmasının münaqişənin tezliklə başa çatmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Günəş Mərd

tag: Müharibə, Çin, Finlandiya, Ukrayna, Prezident, todaypress.az,