Bir sıra ölkələr vətəndaşlarını Livanı tərk etməyə çağırdı – Müharibə yaxınlaşır?
Dünya
22.06.2024 11:36
Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri öz vətəndaşlarını Livana getməməyə, orada olanları isə tez bir zamanda ölkəni tərk etməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə İsrailin “Vesty.co.il” nəşri məlumat yayıb.
Bu tövsiyə İsrail və “Hizbullah” hərəkatı arasında genişmiqyaslı müharibə qorxusu fonunda verilib.
Bundan əlavə, qeyd olunur ki, Kanada Livanda genişmiqyaslı müharibənin başlanmasından ehtiyat edərək öz vətəndaşlarını bu Yaxın Şərq ölkəsindən təxliyə etmək qərarına gəlib.
Günəş Mərd
tag: Müharibə, Hizbullah,Kanada, Livan, Küveyt, Səudiyyə Ərəbistan, todaypress.az,