Bir sıra ölkələr Avropanın təhlükəsizliyinə təhdiddir - Çex kəşfiyyatı
Dünya
28.07.2024 11:48
Çex kəşfiyyatı Rusiya, Çin və İranı Avropanın təhlükəsizliyinə təhdid hesab edir.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Kəşfiyyat zabitləri də hesab edirlər ki, dünya qlobal münaqişə ərəfəsindədir. Dünya qaynar və təhlükəli şəkildə qlobal toqquşmaya doğru hərəkət edir.
Avropa üçün hazırkı təhdidlər arasında Çexiya əks-kəşfiyyatının rəhbəri Mixal Kudelkaya Rusiya, Çin və İranın təxribat və kəşfiyyat əməliyyatlarını qeyd edib.
Onun sözlərinə görə, təhdidlərə həmçinin təbliğat, miqrasiya, islam terrorizmi təhlükəsi, o cümlədən sağçı ekstremizmin artması, qeyri-qanuni silah ticarəti, kiberhücumlar və ya süni intellektdən sui-istifadə daxildir.
Günəş Mərd
tag: Çex,kəşfiyyat,terrorizm,silah,İran,Rusiya,Çin,Avropa,