Bir sıra Aİ ölkələri Rusiyadan "LNG" idxalına qadağa qoyulmasına qarşı çıxdı

Dünya

29.01.2025 19:15

Bəzi Avropa İttifaqı ölkələri alternativ tapılana qədər Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa qoyulmasının əleyhinədir. 

TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Agentlik diplomatlardan birinin sözlərini sitat gətirir: “Əvvəlcə razılaşmaq lazımdır, çünki əks halda qazsız qalacağıq. Ümumi ideya Avropa Komissiyası tərəfindən irəli sürülüb. Aydındır ki, bir və ya bir neçə üzv dövlət kifayət qədər etirazlarını bildirib ki, komissiya indi belə bir tədbirin təklif edilməsini məqsədəuyğun hesab etmir" avropalı diplomat bildirib.

Töhfə Səməd

tag: Avropa İttifaqı,LNG,Rusiya,Avropa Komissiyası,todaypress.az,