Bir ildə 25 min insan ağciyər xərçəngindən ölüb
Dünya
03.11.2024 13:13
Türkiyədə bir il ərzində 31 min insana əsas səbəbi tütün və tütün məmulatlarının istifadəsi olan ağciyər xərçəngi diaqnozu qoyulub və 25 min insan bu xəstəlikdən dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bub barədə Səhiyyə Nazirliyinin məlumat verilib.
Qeyd olunub ki, ağciyər xərçəngi kişilər arasında yayılan xəstəliklər sırasında birinci, qadınlarda isə ikinci yerdədir.
2022-ci ildə isə dünyada təxminən 1,8 milyon insanın ağciyər xərçəngindən öldüyü təxmin edilir.
Günəş Mərd
tag: Türkiyə,Səhiyyə,Ağ ciyər,Xəstəlik,Todaypress.az,