Bir gündə 5 mindən çox livanlı Suriyaya keçdi
Bir gündə Livandan Suriya sərhədini 5,6 mindən
çox insan keçib.
TodayPress xəbər verir ki, bunu Rusiyanın Suriyada
müharibə aparan tərəflərin barışıq Mərkəzinin rəsmisi Oleq İqnasyuk deyib.
Onun sözlərinə görə, İsrailin Livan ərazisinə endirdiyi
zərbələr nəticəsində Suriyanın cənub əyalətlərində humanitar vəziyyət pisləşib.
Belə ki, son 24 saat ərzində beş keçid məntəqəsi vasitəsilə Livandan Suriya
sərhədini 5615 nəfər keçib.
tag: Livan, Suriya, Köç, Əyalət, todaypress.az,