Bill Qeyts: “Mask ən kasıb uşaqları öldürür”

Dünya

09.05.2025 10:20

11

Milyarder Bill Qeyts ABŞ Dövlət Effektivliyi Departamentinin rəhbəri İlon Maskın xarici yardımları azaltmaqla “dünyanın ən kasıb uşaqlarını öldürdüyünü” bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeytsin sözlərinə görə, Vaşinqtonun xarici yardım proqramlarını azaltması aclıq, dərman çatışmazlığı və qlobal səviyyədə qızılca, VİÇ və poliomielit kimi xəstəliklərin yayılmasına səbəb ola bilər.

O qeyd edib ki, Mask Mozambikdə yerləşən Qəzza vilayətindəki xəstəxanaya aid VİÇ-lə mübarizə üçün ayrılan qrantları da ləğv edib.

Qeyts bunun Maskın ABŞ-nin HƏMAS-a kontraseptivlər göndərdiyinə dair yanlış inancına əsaslandığını bildirib.

Milyarder əlavə edib ki, Mask USAID-in necə işlədiyini və bu qurumun əsas məqsədinin nə olduğunu anlamır.

Qiymət Mahir

tag: Bill Qeyts,İlon Mask,Vaşinqton,VİÇ ,todaypress.az,