Bill Qeyts AES layihəsinə milyardlarla sərmayə ayıracaq

Dünya

17.06.2024 09:26

Microsoft-un qurucusu Bill Qeyts Vayominqdə onun TerraPower şirkəti tərəfindən həyata keçirilən atom elektrik stansiyası (AES) layihəsinə milyardlarla dollar sərmayə qoymaq istəyir.

TodayPress xəbər verir ki, Bill Qeyts bu barədə CBS News-a müsahibəsində bildirib. İş adamı layihəyə bir milyard dollar xərclədiyini və daha çox sərmayə ayıracağını açıqlayıb.

Layihə su ilə soyudulan reaktordan deyil, natriumla soyudulan reaktordan istifadə edəcək atom elektrik stansiyasının tikintisini nəzərdə tutur. Onlar stansiyanı 2030-cu ilə qədər istifadəyə verməyi planlaşdırırlar.

Bundan əlavə, Qeyts bildirib ki, layihə ABŞ-yə mümkün qədər çox nüvə enerjisini cəmləşdirməyə imkan verəcək ki, Çin kimi digər ölkələri yeni nüvə silahı yaratmaq imkanından məhrum etsin.

 GÜNEL

tag: Bill Qeyts, İş adamı, Atom elektrik stansiyası, Layihə, todaypress.az,