Bidzina İvanişvili: “Xarici ölkələrin agentlərinə səs verilsə, Gürcüstan müharibəyə sürüklənəcək”

Dünya

26.10.2024 15:15

“Seçimimiz çox sadədir. Ya gürcü xalqının, Vətənimizin xidmətində olacaq hökuməti, ya da yalnız xarici ölkələrin tapşırıqlarını yerinə yetirəcək agentləri seçməliyik”.

TodayPress xəbər verir ki, bunu Gürcüstanda keçirilən parlament seçkilərində səs verən hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının fəxri sədri Bidzina İvanishvili xalqa müraciətində söyləyib. O, xalqı seçkiləridə fəal olmağa dəvət edib:

“Bilirsiniz ki, qonşuluğumuzda müharibə var. Agentləri idarə edən ölkələr Gürcüstanı müharibəyə cəlb etmək istəyirlər. Onlara səs versəniz, Gürcüstan müharibəyə cəlb edəcəklər. Sizi əmin edirəm ki, bu, uzun çəkməyəcək və dərhal baş verəcək. Ölkənin inkişafı ilə məşğul olmaq əvəzinə, fəlakət və ölkənin dağıntısını əldə edəcəyik”.

“Xalqa xidmət edən hökumətə səs verməklə ölkəmizi cinayətkarlardan təmizləməyə nail olmalıyıq. Keyfiyyətcə yeni cəmiyyət yaratmalıyıq, hansı ki, o cəmiyyətdə nifrət olmayacaq" deyə B.İvanişili vurğulayıb.

tag: Bidzina İvanişvili, Parlament, Gürcüstan, Seçki, Agentlər, todaypress.az,