Beyruta hücumda ölənlərin sayı 11-ə çatdı - YENİLƏNDİ
Dünya
23.11.2024 10:43
İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Beyruta hava hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə "Al
Hadath" telekanalı məlumat yayıb.
Hazırda yaralıların sayının isə 33 nəfər olduğu
bildirilir.
***
09:36
İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Beyruta hava
hücumu nəticəsində dörd nəfər həlak olub, 23 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat
yayıb.
İsrailin ən azı dörd raket atdığı qeyd olunub.
Bu, cari həftə ərzində İsrailin Beyrutun mərkəzinə
endirdiyi dördüncü hava zərbəsidir.
***
08:23
İsrail Beyrutun cənubuna yeni güclü zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə “Al Hadath” məlumat
yayıb.
Hazırda ölən və yaralananlar barədə məlumat daxil
olmayıb.
Günəş Mərd
tag: Hizbullah, Livan, İsrail, Ölüm, todaypress.az,