Beyonsdan Kamala Harrisə rekord ianə
Dünya
08.08.2024 16:15
Dünyaca məşhur ulduzlar ABŞ-nin vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləməyə davam edir.
TodayPress xəbər verir ki, “Qremmi” mükafatlı müğənni Beyonsun Harrisin kampaniyasına 4 milyon dollar bağışlayacağı məlum olub.
42 yaşlı müğənninin kampaniya çərçivəsində tədbirlərdə də çıxış edəcəyi iddia edilir.
Sənətçi eyni zamanda Harrisə prezidentlik kampaniyasında "Freedom" mahnısından istifadə etməyə də icazə verib.
Qeyd edək ki, Kamala Harris prezidentliyə namizədliyini açıqlayan kimi incəsənət aləmindən çoxlu dəstək alıb. Amerikalı aktyorlar Corc Kluni, Mark Ruffalo, Mendi Mur, Teylor Svift, Arian Qrande, Keti Perri və bir çox başqa məşhur adlar sosial media paylaşımları vasitəsilə Harrisə dəstək olduqlarını bildiriblər.
Günəş Mərd
tag: Harris, Prezidentlik, Freedom, Mendi Mur,Beyons, todaypress.az,