Beyin implantı - gələcəyin ünsiyyəti

Dünya

17.06.2024 12:52

Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək, ünsiyyət qurmaq üçün onlara beyin implantları lazım olacaq. 

TodayPress xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Yeni “X” telefonunuzu ağlınızla idarə etməyə imkan verən “Neuralink” interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?” deyə o sosial şəbəkə istifadəçilərinə sual ünvanlayıb.

İ.Mask əlavə edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq: 

“Gələcəkdə telefonlar olmayacaq, yalnız “Neuralink” olacaq”.

tag: Beyin İmplantı, Telefon, X Sosial Şəbəkəsi, Mask, Mobil Qurğu, todaypress.az,