Bəşəriyyət III Dünya müharibəsinin bir addımlığındadır
Dünya
11.06.2024 18:10
Avropa ölkələrinin dörddə üçündən çoxu 2023-cü ildə öz ordusuna daha çox pul xərcləyib.
TodayPress xəbər verir ki, bu barədə Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən hazırlanan Qlobal Sülh İndeksinin (GPI) 18-ci nəşrində qeyd olunub.
Bildirilib ki, hazırda dünyada qlobal münaqişələrin sayı 56-ya çatır.
2008-ci ildə hesabatın dərcindən bəri hər il müxtəlif ölkələrdə yeni münaqişələr yaranıb və 97 ölkədə sülhün vəziyyəti pisləşib.
Müharibələr daha beynəlxalq xarakter alıb, 92 ölkə öz sərhədləri xaricində münaqişələrə cəlb olunub ki, bu da GPI üçün ən çox yüksək göstəricidir.
Günəş Mərd
tag: Bəşəriyyət, Avropa, Müharibə, Avstraliya, GPI, todaypress.az,