Bəşər Əsədin Suriyadan necə qaçdığı açıqlandı

Dünya

11.12.2024 17:48

Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Qəzetin yazdığına görə, Rusiya kəşfiyyatı Əsəd və ailəsini Suriyadakı Rusiya aviabazasından keçirib. Əsədin gedişi zamanı onun təyyarəsinin transponderi söndürülüb ki, onu izləmək mümkün olmasın.

Eyni zamanda Rusiya kəşfiyyatı Əsədi silahlı üsyançılara qarşı mübarizədə uduzacağına inandırıb. Ona dərhal təhlükəsiz şəkildə getməyi təklif ediblər. 

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə Suriyada müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb. Suriya lideri gizli şəkildə ölkəni tərk edib. 

Günəş Mərd

tag: Suriya ,Bəşər Əsəd,Rusiya,Kəşfiyyatçı,Dəməşq,todaypress.az,