Bəşər Əsədin sarayından psixotrop həblər tapıldı
Dünya
11.12.2024 18:24
Suriyanın keçmiş lideri Bəşər Əsədin prezident sarayını ələ keçirən silahlılar onun şəxsi kabinetində psixi pozuntular üçün yazılan dərmanlar aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Əsədin şəxsi əşyalarından narahatlıq və yuxusuzluğu müalicə etmək üçün reseptlə satılan benzodiazepin tabletləri tapılıb.
Bundan əlavə, vəzifəsini tərk edən Əsədin kitab və sənədləri arasında “Rusiya Silahlı Qüvvələrinin tarixi”, Suriyanın şimal-şərqinin xəritəsi və eks-prezidentin özünün tərcümeyi-halı tapılıb.
Günəş Mərd
tag: Suriya,Bəşər Əsəd,Saray,Həb,Rusiya Silahlı Qüvvələri,todaypress.az,