Bəşər Əsədin müşaviri xəstəxanada keçindi
Dünya
06.07.2024 01:45
Suriya prezidenti Bəşər Əsədin
müşaviri Luna əl-Şibl Dəməşq yaxınlığında qəzaya uğradıqdan üç gün sonra xəstəxanada
keçinib.
TodayPress xəbər verir
ki, bu barədə SANA dövlət agentliyi ərəb respublikasının rəhbərinin ofisinə
istinadən məlumat yayıb.
1975-ci il doğumlu Əl-Şibl
2020-ci ildən Əsədin müşaviri vəzifəsində çalışırdı.
Qeyd edək ki, iyulun 2-də Əl-Şiblin idarə etdiyi avtomobil yoldan çıxaraq qəza törədib. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilmişdi.
tag: Suirya, Luna Əl-Şibl, Bəşər Əsəd, Müşavir, todaypress.az,