Bəşər Əsədin həyat yoldaşı onu yarı yolda qoyacaq?

Dünya

19.12.2024 20:00

Keçmiş Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Esma Əsəd ondan boşanmaq istəyir.

TodayPress xəbər verir ki, Esma Moskvadakı həyat şəraitindən narazı olduğunu ifadə edərək 24 illik evliyini bitirib Londona köçmək niyyətindədir.

Bu məqsədlə Rusiyada məhkəməyə müraciət edən Esma Əsəd Moskvadan getmək üçün xüsusi icazə tələb edib. Lakin bu müraciət hazırda Rusiya rəsmiləri tərəfindən qiymətləndirilir və nəticə hələ məlum deyil.

tag: Suriya ,Bəşər Əsəd,Rusiya,Esma Əsəd,Məhkəmə,Boşanma,todaypress.az,