Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib?
Dünya
09.01.2025 15:58
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd gələcək dövlət başçısı ilə evlənməzdən əvvəl də Britaniya kəşfiyyatında işləməkdə şübhəli bilinir.
TodayPress xənər verir ki, bu barədə “Sky News Arabia” yazıb.
“Suriyalı jurnalist Nizar Nayuf bu haqda sənədləri dərc edib. Bu sənədlərdə Britaniya kəşfiyyatının Əsma Əl-Əsədlə əlaqəsi haqqında əlavə təfərrüatlar var. Eyni zamanda onu işlə təmin edən britaniyalı kəşfiyyatçı Eliza Bovlerin adı da qeyd olunub” deyə nəşr qeyd edib.
Əlavə olaraq bildirilib ki, Suriya hakimiyyəti bu cür təmaslardan xəbərdar olduğu üçün də ölkənin o zamankı prezidenti Bəşərin Əsədin Əsma ilə evlənməsinin əleyhinə olub. Bununla belə, material müəllifləri vurğulayıblar ki, hazırda sənədlərin doğruluğunu təsdiqləmək mümkün deyil.
“The Times” daha əvvəl yazmışdı ki, Əsma Əsəd Böyük Britaniyaya qayıda bilməyəcək, çünki onun ölkəsinin pasportunun müddəti bitib.
Günəş Mərd
tag: Bəşər Əsəd, Suriya, Eliza Bovler ,Əsma ,todaypress.az,