Bəşər Əsədin gedişi Yaxın Şərqdə nüvə təhlükəsini artırdı
Dünya
09.12.2024 11:24
İran Suriya prezidenti Bəşər Əsədin istefası, eləcə də İsrailin hücumlarından sonra zəifləmiş mövqeyi fonunda nüvə silahı əldə etməyə həmişəkindən daha yaxındır.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Nəşr qeyd edib ki, İran artıq nüvə silahına İranın 20 illik səyləri ilə müqayisədə heç vaxt olmadığı qədər yaxındır.
Bunun xüsusilə, İranın yaxın bir neçə ildə böyük silah itkiləri yaşaması ilə bağlı ola biləcəyi vurğulanıb.
Bununla belə, müəlliflər qeyd ediblər ki, İran rəhbərliyi Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi fonunda Qərblə münasibətləri normallaşdırmaq yolunu tuta bilər.
Günəş Mərd
tag: ABŞ, Bəşər Əsəd ,Nüvə, Təhlükə, todaypress.az,