Bəşər Əsədin Dəməşqdəki evi qarət edildi - FOTO
Dünya
08.12.2024 17:10
Suriya prezidenti Bəşər Əsədin dəbdəbəli evi Dəməşqdə hakimiyyət ələ keçirildikdən sonra qarət edilib.
TodayPress xəbər verir ki, bu barədə İsrailin "Times of Israel" qəzeti məlumat yayıb.
“İqamətgahın girişi yanıb, bəzi mebellər və yerə atılan Əsədin portreti istisna olmaqla, otaqlar tamamilə boşdur” nəşr qeyd edib.
Bundan əvvəl Türkiyənin “Ensonhaber” qəzeti Əsədə məxsus çoxlu sayda dəbdəbəli avtomobilin görüntülərini dərc etmişdi.
Günəş Mərd
tag: Bəşər Əsəd,Dəməşq,Suriya,Qarət,Ev,Todaypress.az,