Bəşər Əsədin atasının qalıqları oğurlandı

Dünya

28.04.2025 17:30

6

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin qalıqları məzarından çıxarılıb.

TodayPress xəbər verir ki, bu barədə məlumatı Suriya telekanalı yayıb.

Telekanalın verdiyi məlumata görə, Qardaha şəhərində yerləşən ailə məzarlığında baş verən hadisə yerli sakinlərin diqqətini cəlb edib.

Bildirilir ki, keçmiş prezident Hafiz Əsədin dəfn olunduğu yer naməlum şəxslər tərəfindən qazılıb.

Onlar məzarı təhqir edib və bu, yerli ictimaiyyət arasında ciddi narahatlıq yaradıb.

Türkan İsgəndərli

tag: Suriya,Bəşər Əsəd,Prezident,Qalıq,todaypress.az,