Bəşər Əsədə SUİ-QƏSD cəhdi edildi
Dünya
02.01.2025 12:09
Suriyanın hakimiyyətdən devrilmiş lideri Bəşər Əsədə Rusiyada zəhərlə sui-qəsd cəhdi edilib.
TodayPress xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Qeyd olunub ki, lazımi müdaxilələrdən sonra onun vəziyyəti stabildir.
Xatırladaq ki, Suriyada “Heyət Təhrir əş-Şam” adlı qruplaşmanın dekabrın 8-də Dəməşqi ələ keçirməsindən sonra Bəşər Əsəd rejimi devrilib. O, ailəsi ilə birgə Rusiyaya sığınıb.
Günəş Mərd
tag: Suriya, Bəşər Əsəd ,Rusiya ,Zəhərlənmə, todaypress.az,