Bəşər Əsəd təyyarə qəzasında ölüb?

Dünya

08.12.2024 13:20

2800

Suriya prezidenti Bəşər Əsədin Dəməşqdən uçduğu təyyarənin  vurulması nəticəsində həlak ola biləcəyi ehtimal edilir.

TodayPress xəbər verir ki, bu barədə “Reuters”  yazıb. 

“İki suriyalı mənbə Əsədin təyyarə qəzasında ölməsi ehtimalının çox yüksək olduğunu bildirib” nəşr bildirib. 

Materialda təyyarənin birdən-birə dönüb radarlardan itməsinin hələ də sirr olaraq qaldığına diqqət çəkilib. 

Qeyd olunub ki, bu halda təyyarənin vurulması ehtimalı daha yüksəkdir. 

Xatırladaq ki, dekabrın 8-də səhər saatlarında Suriya prezidenti Bəşər Əsədin təyyarəsi Dəməşqdən naməlum istiqamətdə uçub. 

Günəş Mərd 

tag: Bəşər Əsəd,Suriya,Qəza,Təyyarə,Todaypress.az,