Bəşər Əsəd Moskvada həyat yoldaşından boşanıb?
Dünya
23.12.2024 16:05
Suriyanın keçmiş lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd ilə boşanması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirilib.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, bu məlumat doğru deyil” Kreml nümayəndəsi Əsədin həyat yoldaşından boşanması və Rusiyadakı əmlakının dondurulması ilə bağlı suala belə cavab verib.
Qeyd edək ki, bundan əvvəl “The Jerusalem Post” qəzeti Əsma Əsədin Moskvadakı həyatından narazı olduğunu və boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazmışdı. Nəşrin məlumatına görə, siyasətçinin həyat yoldaşı Böyük Britaniyaya, vətəninə qayıtmaq niyyətindədir.
Günəş Mərd
tag: Suriya ,Moskva, Bəşər Əsəd, Boşanma,todaypress.az,