Bərzanidən PKK açıqlaması

Dünya

19.10.2024 17:10

1118

İraq Kürd Regional Rəhbərliyinin (KRB) baş naziri Məsrur Bərzani Türkiyənin onlara qarşı deyil, terror təşkilatı PKK-ya qarşı mübarizə apardığını bildirib.

TodayPress xəbər verir ki, Bərzani Ərbildə yerləşən "K24" televiziya kanalına verdiyi açıqlamada Türkiyənin İraqda terror təşkilatı PKK-ya qarşı apardığı əməliyyatlara toxunub.

O, bildirib ki, Türkiyə onlara qarşı deyil, PKK-ya qarşı mübarizə aparır:

“Bu müharibənin səbəbi PKK-nın varlığıdır. Peşmərgə PKK-nın daha da irəliləməməsi üçün xətt yaradıb. PKK özünü o yerlərin hakimi kimi görür, xalqımızdan xərac alır, problem yaradır, gənclərimizi qaçırır. Bu, birtərəfli problem deyil, çox dərin məsələdir. Hökumət olaraq bunun qarşısını alırıq”.

tag: İraq, Kürd, Türkiyə, PKK, Müharibə, todaypress.az,