Berlində Ukraynanın bərpası müzakirə olunacaq
Dünya
10.06.2024 13:04
Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 11-12 -də Berlində Ukraynanın bərpasına dair keçirilən konfransda iştirak edəcək.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Ukraynanın yenidən qurulması üzrə Berlində keçiriləcək konfransda iştirak edəcək” deyə məlumatda qeyd olunub.
Tədbirin əsas məqsədinin dünya ictimaiyyətini “Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi” üçün səfərbər etmək olduğu vurğulanıb.
Günəş Mərd
tag: Berlin, Gürcüstan, Dünya, İrakli Kobaxidze, todaypress.az,