Berlində 24 saatlıq tətil başladı

Dünya

27.01.2025 12:56

Berlin ictimai nəqliyyat işçiləri (BVG) şəhər boyu avtobus və U-Bahn (tramvay) xidmətlərini dayandıraraq tam günlük keçirməyə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Industrialne Zaporizhzhia” məlumat yayıb.

Məlumatda deyilir ki, BVG işçilərinin genişmiqyaslı tətili 27 yanvar səhər saatlarından 28 yanvara qədər davam edəcək.

Bildirilib ki, işçilər aylıq əmək haqqının 750 avro artırılmasını, 13-cü aylıq əmək haqqının tətbiqini və işçilərə əlavə müavinətlərin verilməsini tələb edir. 

Qeyd edək ki, BVG rəhbərliyi hələlik heç bir müvafiq təklif irəli sürmədiyi üçün işçilər tətil etmək qərarına gəliblər.

Nicat Osman

tag: Berlin,Tətil,Təklif,Maaş,Todaypress.az,