Beril qasırğası Texası vurdu, 1 milyondan çox ev işıqsız qaldı
Dünya
09.07.2024 12:58
“1-ci kateqoriya” intensivliyi ilə ABŞ-nin Texas sahillərinə çatan Beril qasırğası səbəbindən 1 milyondan çox ev və iş yerində elektrik enerjisi kəsilib.
TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Texas ştatının Hyuston küçələrini su basıb, iki hava limanında mindən çox reys ləğv edilib.
Təxliyə əmrindən sonra sahilyanı qəsəbələrin sakinləri öz yerlərini tərk etməyə başlayıblar.
Texasdan əvvəl Beril Qəraib dənizindən keçərək, Venesuelada üç, Qrenadada üç, Sent Vinsentdə üç, Yamaykada isə iki nəfərin ölümünə səbəb olub.
Töhfə Səməd
tag: Beril Qasırğa, Texas, Qəraib, Dəniz, Hyuston, todaypress.az,