“Beril” fırtınası Texasda üç nəfərin ölümü, 2.7 milyon insanın işıqsız qalması ilə nəticələndi
Dünya
09.07.2024 03:00
Karib dənizində yaranmış
“Beril” qasırğası Texasın cənub-şərqində ən azı üç nəfərin ölümünə, magistral
yolları su basmasına, neft limanlarının bağlanmasına, 1300-dən çox uçuşun ləğvinə
və 2,7 milyondan çox ev və müəssisənin elektrik enerjisinin kəsilməsinə səbəb
olub.
TodayPress xəbər verir ki, ABŞ
Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, mövsümün ən erkən “5-ci Kateqoriya”
qasırğası sayılan “Beril”, Texasın sahilindəki Mataqorda şəhərini təhlükəli tufan dalğaları və güclü yağışla
vurduqdan sonra zəifləyib və ardınca Hyustona doğru hərəkət edib. Agentlik
bildirib ki, şərait Texas, Luiziana və Arkanzasda tornadolara səbəb ola bilər.
Ölkənin içərilərinə doğru irəlilədikcə
sürətlə zəifləməsi gözlənilən fırtına ötən həftə Yamayka, Qrenada və Sent
Vinsent və Qrenadin adalarında dağıdıcı bir yol keçib. Karib hövzəsi və Texasda
ən azı 12 nəfərin ölümünə səbəb olub.
Texasda 53 yaşlı kişi və 74
yaşlı qadın bazar ertəsi Hyuston bölgəsində evlərinin üzərinə ağacların aşması
nəticəsində həlak olub. Yerli rəsmilərin məlumatına görə, üçüncü şəxs isə boğularaq
ölüb.
Nəzrin Cavadzadə
tag: todaypress.az, Beril, Texas, Qasırğa, ABŞ,