Berbokdan Avropa əhalisinin sayı ilə bağlı kobud səhv
Dünya
06.12.2024 10:09
Almaniyanın xarici işlər naziri Annalena Berbok ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında rusiyalı həmkarı Sergey Lavrovun Ukrayna ilə bağlı mövqeyini tənqid etməyə cəhd göstərsə də, o, kobud şəkildə yanılıb və Avropa əhalisinin sayını iki dəfə az deyib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat verib.
“Özünü aldada bilərsən, amma bütün dünyanı aldada bilməzsən. Avropa qitəsindəki 1,3 milyard insanı yox”.
Aydınlaşdırılıb ki, BMT-nin məlumatına görə, Avropa əhalisi təxminən 750 milyon nəfərdir. Ehtimal ki, Berbok Avropadan əlavə Şimali Amerika, Avstraliya, Yeni Zelandiya və Yaponiya dövlətlərini özündə birləşdirən “ən inkişaf etmiş ölkələr” kateqoriyasını nəzərdə tutub.
Bir müddət sonra Almaniya Xarici İşlər Nazirliyi departament rəhbərinin Avropa əvəzinə “ATƏT regionu”nun göstərildiyi düzəliş edilmiş sitatını yayımlayıb.
Töhfə Səməd
tag: Almaniya, BMT, Avropa ,ATƏT, todaypress.az,