Berbok Şoltsun Ukraynaya yardım paketini dəstəkləməməsinə etiraz edib

Dünya

18.01.2025 15:45

Almaniyanın Xarici İşlər naziri Annalena Berbok, kansler Olaf Şoltsun Ukraynaya 3 milyard avroluq yeni yardım paketinin təsdiqlənməsinə razılaşmamasından sonra onunla ümumi foto çəkdirməkdən imtina edib.

TodayPress xəbər verir ki, Berbok "Politico Berlin Playbook" podkastına verdiyi müsahibədə Almaniyanın hazırda Avropada sülh siyasətinin lider güc kimi qəbul edilməməsindən narahat olduğunu bildirib.

Qeyd edək ki, hadisə Şoltsun yardım paketi ilə bağlı qərarından sonra baş verib. 

Berbok, kansleri kəskin tənqid edərək iclas zalını tərk edib.

tag: Olaf, Berbok, Almaniya,Ukrayna, Dünya,todaypress.az,