Berbok Çini Ukrayna münaqişəsini qızışdırmaqda ittiham etdi

Dünya

02.12.2024 14:47

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Çin və Şimali Koreya Ukraynada münaqişəni qızışdırır.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukrayna münaqişəsində Çin istehsalı olan pilotsuz təyyarələrdən istifadə olunur, Şimali Koreya qoşunları isə döyüşlərdə iştirak edir. O bildirib ki, bütün bu addımlar Avropada təhlükəsizliyi pozur.

Berbok həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, yəni Pekin onların dəstəyi ilə münaqişələrin qızışdırılmasının qarşısını almaqda məsuliyyət daşıyır.

Töhfə Səməd

tag: Almaniya, Annalena Berbok, Çin, Şimali Koreya, XİN, todaypress.az,