Bənd uçdu, evlər su altında qaldı

Dünya

27.07.2024 10:47

2828

Rusiyanın Çelyabinsk vilayətində yağan güclü yağış bölgədəki bəndin uçmasına səbəb olub.

TodayPress xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb. 

Bildirilib ki, Kialimski su anbarında bəndin 100 metri uçub. Nəticədə bir çox ev su altında qalıb. Yerli əhali damlara çıxaraq kömək tələb edib. 

Səlahiyyətlilər yüzlərlə insanın təxliyə edildiyini, ölən və ya xəsarət alanların olmadığını bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyi bölgəyə xilasedicilər göndərib.

Töhfə Səməd

tag: Rusiya, Kialimski, Ev, Dağıntı, Anbar, todaypress.az,