Belqorodda Ukrayna PUA-sı vuruldu

Dünya

05.07.2024 17:11

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində daha bir Ukraynanın pilotsuz təyyarəsini məhv edib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 5-də Moskva vaxtı ilə saat 13:40 radələrində Ukraynanın pilotsuz uçuş aparatı zərərsizləşdirilib. PUA Belqorod vilayətinin ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. 

Töhfə Səmədova

tag: Belqorod, Ukrayna, Rusiya, PUA, Hava Hücumu, todaypress.az,