Belqorodda məktəblərdə dərslər ləğv edildi

Dünya

27.12.2024 14:41

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) Borisovka kəndindəki məktəb ərazisinə hücumundan sonra rayonun təhsil müəssisələrində tədris prosesi ləğv edilib. 

TodayPress xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

"Biz bu məktəbdə və regionun bütün təhsil müəssisələrində tədris prosesini dayandırmaq qərarına gəldik" deyə Qladkov yazıb.

Ukrayna Silahlı Qüvvələri dekabrın 27-də səhər saatlarında Borisovka kəndində məktəb ərazisinə hücum edib. Dron hasarın yaxınlığında yerə çırpıldıqdan sonra partladılıb. Binada dağıntı olmayıb, xəsarət alan yoxdur. 

Töhfə Səməd

tag: Ukrayna, Məktəb, Proses, Belqorod ,todaypress.az,