Belqorodda fövqəladə vəziyyət elan olundu

Dünya

14.08.2024 09:04

Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub.

TodayPress xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin davamlı atəşi və hücum cəhdləri səbəbindən Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır.

tag: Belqorod, Rusiya, Atəş,Vyaçeslav Qladkov, Ukrayna, todaypress.az,