Belqorod atəşə tutuldu, yaralananlar var
Rusiyanın
Belqorod vilayətinin atəşə tutulması nəticəsində doqquz nəfər xəsarət alıb.
TodayPress
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Belqorod
vilayətinin Şebekino kəndində vəziyyət narahatedici dərəcədə ağırdır. Son
sutkada 9 nəfər yaralanıb. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır” deyə regionun
qubernatoru Vyaçeslav Qladkov bildirib.
Rəhbərin
sözlərinə görə, səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib,
evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanaraq yararsız vəziyyətə
düşüb.
tag: Rusiya, Hücum, Kiyev, Müdafiə, PUA, todaypress.az,