“Belə davam edərsə, 25 ilə Ermənistanda əhali qalmayacaq”

Dünya

09.09.2024 11:20

Qarşıdakı 10 ildə Ermənistanda əhalinin ümumi sayı 800 min nəfər azalaraq, 2,2 milyon nəfərə düşəcək.

TodayPress-in “Sputnik-Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan bildirib.

O, deyib ki, vəziyyət belə davam edərsə, 25 ilə ölkədə əhali qalmayacaq. Palata sədrinin sözlərinə görə, yaranmış vəziyyətin əsas səbəbləri doğum faizinin aşağı düşməsi, ölkədən kütləvi insan axını, eləcə də müharibənin nəticələridir.

N.Sarkisyan Ukraynada müharibə başladıqdan sonra ölkədən Rusiyaya gedənlərin sayında azalma olduğunu qeyd edib. Palatanın rəhbəri ölkədə 1 milyon 150 min nəfərin sosial müdafiəyə ehtiyacı olduğunu da bildirib. Onların arasında 204 min nəfər işsiz, eləcə də 960 min nəfər pensiyaçı var.

Qeyd edək ki, BMT 2050-ci ilədək adı çəkilən ölkədə əhali sayının 300 min nəfərədək azalacağını açıqlayıb.

tag: Ermənistan,Əhali,Azalma,Doğum,Müharibə,Pensiyaçı,Sosial,todaypress.az,