Belçikanın baş nazirinə zəhərli məktub göndərildi

Dünya

09.01.2025 16:39

Naməlum şəxs Belçikanın baş naziri Aleksandr De Kronun ofisinə tərkibində zəhərli toz olan məktublar göndərib. 

TodayPress xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

“Ötən il noyabrın sonunda Belçikanın baş naziri Aleksandr De Kronun ofisində çalışan işçi zəhərli tozla təmasda olduqdan sonra xəstəxanaya yerləşdirilib” materialda deyilir.

Qeyd olunur ki, hadisə 2024-cü il noyabrın 22-də baş verib, lakin Belçika prokurorluğu bu barədə yalnız yanvarın 7-də, zəhərli maddənin analizinin nəticələri gələndə məlumat verib. Məktublarda kənd təsərrüfatında kiçik gəmiriciləri öldürmək üçün istifadə edilən striknin adlı maddə olub.

Belçika baş nazirinin mətbuat katibi Barend Leits bildirib ki, məktubun açılması zamanı qadın yaralanıb. Hadisədən sonra o, xəstəxanaya aparılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Digər ofis işçiləri xəsarət almayıb.

Oxşar məktublar noyabrın 20-də və dekabrın 9-da Belçika daxili işlər nazirinin ofisində tapılıb, lakin itkilər barədə məlumat yoxdur.

Töhfə Səməd

tag: Barend,Nazir ,Məktub ,Zəhərli, Belçika ,todaypress.az,