Belçika Netanyahunu həbs etməyə hazır olduğunu açıqladı
Dünya
29.11.2024 17:45
Belçika Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və digərlərinə qarşı çıxardığı həbs qərarlarını icra edəcək.
TodayPress xəbər verir ki, bu barədə Belçika Krallığının baş naziri Aleksandr De Kro məlumat verib.
“Ədalət olmadan davamlı sülh də ola bilməz” deyə Belçikanın baş naziri bildirib.
Qeyd edək ki, ötən həftə Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və onun keçmiş müdafiə naziri Yoav Qalantı İsrailin Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edərək həbsinə order verib.
Günəş Mərd
tag: Belçika, Baş Nazir, Netanyahu, Krallıq, todaypress.az,